Xəzər Xəbər

İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:24 • 17 Dekabr 2018
İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib -

Dekabrın 16-da İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib.

Xezerxeber/az xəbər verir ki, SPAL - "Kyevo” matçında hesab açılmayıb. "Fiorentina” "Empoli”ni (3:1), "Sampdoriya” isə "Parma”nı məğlub yola salıb (2:0). "Frozinone” - "Sassuolo” matçında isə qonaqlar qələbəyə seviniblər (0:2). "Napoli” səfərdə "Kalyari”ni minimal hesabla üstələyib (0:1)

Beş qolun qeydə alındığı "Roma” - "Cenoa” matçında isə paytaxt təmsilçisi çətin qələbə qazanıb (3:2). "İnter” öz meydanında "Udineze”ni sınağa çəkib və minimal hesabla qalib gəlib (1:0).

Turun derbisində isə iki Turin təmsilçisi arasında oynanılıb. "Yuventus” səfərdə "Torino”nun qonağı olub. Derbidə qonaqlar minimal hesabla üstün olublar (0:1).

On altı turdan sonra turnir cədvəlinə 46 xalla "Yuventus" klubu başçılıq edir, "Napoli" 38 xalla ikinci, "İnter" 32 xalla üçüncü, bir oyun az keçirdən "Milan" isə 26 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura dekabrın 17-də "Atalanta" - "Lazio" və dekabrın 18-də "Bolonya" - "Milan" oyunları ilə yekun vurulacaq.

Xəbər lenti