Xəzər Xəbər

“Qəbələ” “Sabah”ı məğlub edib

İdman | 18:39 • 16 Dekabr 2018
“Qəbələ” “Sabah”ı məğlub edib

Dekabrın 16-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, final mərhələsinin ikinci günün ilk oyunu Qəbələ şəhər stadionunda oynanılıb. "Qəbələ” doğma meydanda debütant "Sabah” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qol 45-ci dəqiqədə Filip İvanoviçin öz qapısına vurduğu qol olub.

Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. "Zirə” doğma meydanda "Səbail”i (1:0), "Sumqayıt” isə səfərdə "Neftçi”ni məğlub edib (0:2).

Xəbər lenti