Xəzər Xəbər

"Barselona" sabiq "Real"lıya göz dikdi

İdman | 11:45 • 15 Dekabr 2018
"Barselona" sabiq "Real"lıya göz dikdi

"Çelsi"nin hücumçusu Alvaro Morata üçün yeni iddia ortaya atılıb.

İspaniya mətbuatında yayılan məlumata görə, hücumçunun agenti "Barselona" ilə transfer danışıqları aparıb. Məlumata görə, ispan hücumçu Kataloniya klubunda çıxış etməyə müsbət yanaşır. Morata "Barselona"da daha inamlı çıxış edəcəyinə inandığı üçün bu keçidin həll olunmasını arzu edir.

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsüm 20 oyuna 7 qol vurub. Morata ötən mövsüm "Real"dan "Çelsi"yə 65 milyon avroya transfer olub.

Xəbər lenti