Xəzər Xəbər

Coşua və Kliçko arasında revanş döyüşü keçirilə bilər

İdman | 17:32 • 14 Dekabr 2018
Coşua və Kliçko arasında revanş döyüşü keçirilə bilər

Britaniyalı boksçu Entoni Coşua ilə ukraynalı Vladimir Kliçko arasında revanş döyüşü keçirilə bilər. 

Xezerxeber.az-ın məlumatına görə, bunu İngiltərənin "Talksport” radiosuna müsahibəsində Coşuanın promouteri Eddi Hirn söyləyib.

Hirnin sözlərinə görə, britaniyalı boksçu Deonte Uaylder, Dillian Uayt, Derek Çisora və Tayson Fyuri ilə döyüşlər keçiriləcəyini bildirib, lakin o, rinqə qayıtmaq istəyən Kliçko ilə revanş qarşıdurmasını da istisna etməyib.

Coşua Beynəlxalq Boks Federasiyası (IBF), Dünya Boks Assosiasiyası (WBA) və Dünya Boks Təşkilatının (WBO) versiyaları üzrə super ağır çəki dərəcəsində dünya çempionudur. O, sentyabrda rusiyalı boksçu Aleksandr Povetkin üzərində yeddinci raundda texniki nokautla qalib gəlib. Britaniyalı bütün karyerası boyu 22 qələbə (21-i nokautla) qazanıb.

Ukraynalı boksçi Kliçko isə 2017-ci ilin avqustunda karyerasını başa vurub. O, Beynəlxalq Boks Federasiyası (IBF, 2006-2015), Dünya Boks Assosiasiyası (WBA, 2011-2015) və Dünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008-2015) versiyaları üzrə ağır çəki dərəcəsində dünya birincisi olub. Kliçko 2015-ci ilin noyabrında Fyuriyə uduzaraq dünya çempionu titulunu itirib. 2017-ci il aprelin 29-da Coşuaya qarşı keçirdiyi son döyüşündə isə ukraynalı boksçu 11-ci raundda texniki nokautla məğlub olub. 42 yaşlı boksçunun hesabında olan 64 qələbədən 53-ü nokautla qazanılıb. Ukraynalı cəmi 5 döyüşdə məğlub olub.

Xəbər lenti