Xəzər Xəbər

Spallettini kim əvəzləyəcək?

İdman | 15:47 • 13 Dekabr 2018
Spallettini kim əvəzləyəcək?

"İnter" mövsümün sonunda baş məşqçisi Luçano Spalletti ilə yollarını ayıra bilər.

"Gazzetta dello Sport” xəbər verir ki, İtaliya klubunun bossları onun işindən narazıdı.

Çalışdırdığı kollektivi Çempionlar Liqasında 1/8 finala yüksəldə bilməyən təcrübəli mütəxəssis rəhbərliyin etimadını itirib. Milanlılar artıq Spallettinin 3 potensial xələfini də müəyyənləşdirib. İlk namizəd "Çelsi"dən ayrıldıqdan sonra işsiz olan Antonio Kontedi. Əgər onunla danışıqlar müsbət nəticələnməsə, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo ilə təmas qurulacaq.

Qeyd edək ki, ötən il "İnter"in "sükanı arxası"na keçən Luçano Spallettinin klubla müqavilə müddəti 2021-ci ilə qədərdi.

Fanat.Az

Xəbər lenti