Xəzər Xəbər

Ronaldo "Yuventus"a güvənir

İdman | 15:43 • 13 Dekabr 2018
Ronaldo "Yuventus"a güvənir

"Yuventus"un hücumçusu Çempionlar Liqasının pley-off mərhələsindən nələr gözlədiyini açıqlayıb.


Portuqaliyalı ulduz bu barədə "Goal"a açıqlamasında danışıb.


33 yaşlı futbolçu "Tezliklə Çempionlar Liqasının ən gözəl hissəsi başlayacaq. Əminəm ki, "Yuventus" 100 faiz buna hazırdı. Çünki bizim böyük potensialımız var", deyə bildirib.


Qeyd edək ki, İtaliya təmsilçisi 1/8 finalda "Atletiko", "Tottenhem", "Liverpul", "Şalke", "Ayaks" və "Lion" kimi klublardan biri ilə qarşılaşa bilər. Püşkatma 17 dekabrda baş tutacaq.


Fanat.Az

Xəbər lenti