Xəzər Xəbər

Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları

İdman | 10:31 • 13 Dekabr 2018
Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.


XəzərXəbər xəbər verir ki, qrup mərhələsinin sonuncu 8 qarşılaşmasından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Beləliklə, "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Şalke" (hamısı Almaniya), "Barselona", "Real", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ, "Lion" (hər ikisi Fransa), "Porto" (Portuqaliya) və "Ayaks" (Hollandiya) ÇL-in 1/8 finalına yüksəlib.

"Napoli", "İnter" (hər ikisi İtaliya), "Qalatasaray" (Türkiyə), "Brügge" (Belçika), "Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Viktoriya" (Çexiya) və "Şaxtyor" (Donetsk, Ukrayna) isə qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Xəbər lenti