Xəzər Xəbər

Polis PSJ-nin ofisində axtarış aparıb

İdman | 15:52 • 12 Dekabr 2018
Polis PSJ-nin ofisində axtarış aparıb

Fransa polisi "Pari Sen-Jermen” (PSJ) Futbol Akademiyasına qəbul zamanı irqi ayrı-seçkiliyə yol verilməsi barəsində iş üzrə ötən həftə klubun ofisində axtarış aparıb. Bu barədə məlumatı "Goal.com” yayıb.


Xezerxeber.az xəbər verir ki, Fransa Prokurorluğu noyabrın 16-da bu iş üzrə təhqiqata başlayıb.


Daha əvvəl PSJ etiraf edib ki, komandanın skaut şöbəsi futbol klubunun akademiyasına namizədləri etnik mənsubiyyət zəminində seçib. Fransa qanunvericiliyinin qadağan etməsinə baxmayaraq, klub akademiyanın potensial yetirmələrindən - skautlardan onların etnik mənsubiyyəti barədə qrafanı doldurmalarını tələb edib.

Xəbər lenti