Xəzər Xəbər

"Bavariya"nın ilk transfer hədəfi "Real"dan

İdman | 12:37 • 12 Dekabr 2018
"Bavariya"nın ilk transfer hədəfi "Real"dan

Bundesliqanın lideri Dortmund "Borussiya"sından aralı düşən "Bavariya" qış fasiləsində heyətini gücləndirmək üçün hərəkətə keçib.

Münhen təmsilçisi "Real"ın yarımmüdafiəçisi İskonu rənglərinə bağlamaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə "Real"da istədiyi qədər oynamayan ispan futbolçunun bu keçidə müsbət yanaşdığı qeyd edilib.

İskonun sərbəst qalma qiyməti isə 700 milyon avrodur. "Bavariya" rəhbərliyi isə məbləği qat-qat aşağı salmaq üçün Madrid klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin "kral klubu" ilə 2020-ci ilə kimi müqaviləsi var. İsko cari mövsüm 16 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər lenti