Xəzər Xəbər

Hazard "Çelsi"dən ayrılacağını təsdiqlədi Qəti qərarımdır

İdman | 15:55 • 11 Dekabr 2018
Hazard "Çelsi"dən ayrılacağını təsdiqlədi

Yarımmüdafiəçi Eden Hazard mövsümün sonunda "Çelsi"dən ayrılacağını təsdiqləyib.


XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, "Real"a rəğbətini də gizlətməyib. "Çelsi" rəhbərliyi ilə danışıqlarımız oldu. Sonralar bu barədə söhbət etmədik. Gözləyirəm. Mövsümün sonunda "Çelsi" ilə vidalaşacağam. Bu, qəti qərarımdır. Karyeramın sonunda "Real"da olmaq istəyirəm. "Kral klubu"na həmişə rəğbətlə yanaşmışam. Bunu gizlətmirəm. 28 yaşım var. Düşünürəm ki, bir neçə il Madriddə oynamaq xoş olardı", - Hazard bildirib.


Yarımmüdafiəçi bu mövsüm İngiltərə çempionatında 15 oyuna çıxıb. Aktivində 7 qol, 8 məhsuldar ötürmə var.


Xəbər lenti