Xəzər Xəbər

Qurban Qurbanovun rədd etdiyi təzminat Fantastik məbləğ

İdman | 15:51 • 11 Dekabr 2018
Qurban Qurbanovun rədd etdiyi təzminat

Ötən həftə milli ilə yolları ayrılan Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib.

46 yaşlı çalışdırıcı keçən il bağlanılan sözləşmənin yerdə qalan 5 illik ödənişini assosiasiyaya bağışlayıb.

Qurbanov bir daha bu addımı ilə millinin "sükanı arxası"na pul üçün keçmədiyini isbatlayıb.

XəzərXəbər yenicag.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204,000 manat deməkdir. Yəni, Qurbanovun AFFA-dan 1 milyon, 20 min manat tələb etməyə tam haqqı var idi.

Xəbər lenti