Xəzər Xəbər

Millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq

İdman | 13:57 • 11 Dekabr 2018
Millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2021-ci ildə Macarıstanda və Sloveniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.


Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda ikinci qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə mübarizə aparacaq.

Xəbər lenti