Xəzər Xəbər

Ronaldo: `Messi üçün darıxıram`

İdman | 13:18 • 11 Dekabr 2018
Ronaldo: `Messi üçün darıxıram`
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo "Barselona”nın futbolçusu Lionel Messi haqqında danışıb. 


Bu barədə "Marca" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, 33 yaşlı hücumçu Messi üçün darıxdığını dilə gətirib: "Bəlkə də, mən Messi üçün darıxıram. O, hələ də İspaniyada oynayır. Amma mən İngiltərə, İspaniya, Portuqaliya və İtaliyada oynamışam. Bəlkə, mənə daha çox ehtiyacı var. Həyat mənim üçün mübarizə meydanıdır və mən bunu çox sevirəm. Messinin bir gün İtaliyada oynamasını istəyərəm. Ancaq orada xoşbəxtdirsə, buna da hörmət edirəm. Fantastik bir futbolçu, çox yaxşı insandır".

Xəbər lenti