Xəzər Xəbər

Reynaldo “Qarabağ”a qayıdır

İdman | 14:23 • 10 Dekabr 2018
Reynaldo “Qarabağ”a qayıdır

Braziliyalı futbolçu artıq Bakıya gəlir.

"Qarabağ” hücum xəttindəki problemini həll etmək üçün sabiq futbolçusu Reynaldo dos Santos Silvanı heyətinə qatmaq qərarına gəlib.

Braziliyalı futbolçu artıq bunun üçün Bakıya gəlir.

Reynaldo hazırda bu ilin fevralın müqavilə bağladığı Qazaxıstanın "Aktobe” klubunda çıxış edir. Onun bağladığı bir illik müqavilə artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, 29 yaşlı Reynaldo 2013-2016-cı illərdə "Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisi ilə üç dəfə Azərbaycan çempionu və iki dəfə ölkə kubokunun qalibi olub. 2013/14 mövsümündə vurduğu qolların sayına görə Azərbaycan çempionatının bombardiri olub. Reynaldo indiyədək avrokuboklarda ən çox fərqlənən Azərbaycan klubunun oyunçusu sayılır.

"Anderlext”in sabiq hücumçusu "Qarabağ”dan 2016/17 mövsümünün qış fasiləsində ayrıldıqdan sonra Türkiyənin "Adanaspor” və Slovakiyanın "Spartak” (Trnava) klublarında çıxış edib.(oxu.az)

Xəbər lenti