Xəzər Xəbər

"Qalatasaray"ın transfer bombası

İdman | 17:56 • 9 Dekabr 2018
"Qalatasaray"ın transfer bombası

Hücum xəttində ciddi problemlər yaşayan "Qalatasaray" Mario Balotelliyə elçi düşüb.


Baş məşqçi Fatih Terimin də italiyalı forvardın alınmasına razılıq verdiyi bildirilir. Artıq "Qalatasaray" rəhbərliyi "Nitsa" ilə danışıqlara başlayıb. Tərəflərin gələn həftə danışıqlar masasına əyləşəcəyi bildirilir.


Balotellinin "Nitsa" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Klub prezidenti Jean-Pyer Rivere bir neçə gün əvvəl bildirib ki, italiyalı forvardla yeni müqavilə imzalamayacaqlar. Beləliklə, Balotelli yanvardan etibarən istədiyi klubla danışıqlara başlaya və yayda azad agent kimi transfer oluna bilər. Amma hücumçuya ehtiyacı olan "Qalatasaray" kiçik transfer haqqı qarşılığında qışda onu heyətiqə qatmaq istəyir.


Qeyd edək ki, karyerasına İtaliyanın "Lumezzane" klubunda başlayan Balotelli 2016-cı ildə "İnter"ə 360 min avroya transfer olunub. Milan təmsilçisi 2010-cu ildə onu "Mançester Siti"yə 29,5 milyon avroya satıb. 3 il sonra 20 milyon avroya "Milan"a keçən futbolçu 2014-cü ildə eyni məbləğə "Liverpul"a üz tutub. 2016-cı ildə isə azad agent kimi "Nitsa"ya keçib.


Hazırda "Transfermarkt"ın 24 milyon avro qiymət qoyduğu 28 yaşlı hücumçu cari mövsümdə 10 rəsmi matça çıxaraş 758 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə verib.


Fanat.Az

Xəbər lenti