Xəzər Xəbər

Qurban Qurbanov açıqlama verdi: "Dedilər, həm millidə olmaq, həm də..."

İdman | 15:38 • 8 Dekabr 2018
Qurban Qurbanov açıqlama verdi:

Azərbaycan millisinin baş məşqçi vəzifəsindən ayrılan Qurban Qurbanov brifinq keçirib.

O, jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Açığı, iclasda 10-15 dəqiqə iştirak etdim. Çünki mənim məsələm çox müzakirə olunurdu. Ona görə kənarda durmalı idim. Necə ki təyin olunanda xeyli qıraqda qalmışdım.

Bu gün milli ilə yollarımızı ayırdıq. Dedilər ki, həm millidə olmaq, həm də klubda qalmağımla bəlkə səhv addım atdım. Düşünmək olardı ki, fayda verərdi. Ancaq görünən odur ki, bir o qədər də faydası olmadı.

Beləcə yollarımızı ayırdıq. İK üzvlərinin hər birinə təşəkkür etdim ki, bu 1 ildə millidə oldum, vicdanla işimizi yerinə yetirməyə çalışdıq.
Futbolda nəticələr alına da bilər, alınmaya da. Əlbəttə, uzun müddətli proqram əsasında çalışmaq danışığımız olmuşdu. Ancaq hər bir halda, işimiz elədir ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çamadanımız yanımızda olmalıdır. Çünki fikirlər dəyişə, üst-üstə düşməyə bilər. İK üzvlərinin hər birinə uğurlar arzuladım".


Xəbər lenti