Xəzər Xəbər

Reynaldo "Qarabağ"a qayıda bilər

İdman | 13:17 • 8 Dekabr 2018
Reynaldo "Qarabağ"a qayıda bilər

Qazaxıstanın "Aktobe” klubunun hücumçusu Reynaldo Silva "Qarabağ"a qayıda bilər.

Ağdam təmsilçisinin qış transfer pəncərəsində almaq istədiyi oyunçular siyahısında braziliyalı futbolçunun da adı var. Tərəflər arasında bununla bağlı danışıqlar aparıldığı, Reynaldonun yenidən "Qarabağ"da oynamaq arzusunda olduğu bildirilib.

Qeyd edək ki, "Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. O, bu ilin fevralından "Aktobe"də oynayır.

Xəbər lenti