Xəzər Xəbər

"Çelsi" Hazard üçün "Real"dan Kovaçiç və 170 milyon avro tələb etdi

İdman | 12:35 • 8 Dekabr 2018
"Çelsi" Hazard üçün "Real"dan

Kriştiano Ronaldonun "Yuventus"a transfer olmasından sonra komandadakı superulduz boşluğunu "Çelsi"dən Eden Hazardla doldurmaq istəyən"Real" növbəti dəfə hərəkətə keçib.

London təmsilçisi belçikalı futbolçunun keçidi üçün Madrid klubundan icarə əsasında heyətinə qatdığı Mateo Kovaçiçi birdəfəlik istəyib və əlavə olaraq, 170 milyon avro tələb edib. Madrid təmsilçisi isə bu şərtlə razı deyil və alternativ variantlar düşünür.

Qeyd edək ki, Hazard cari mövsüm 16 oyuna 8 qol vurub, 2 assist edib.

Xəbər lenti