Xəzər Xəbər

"Arsenal"da zədə şoku: Mövsümü başa vurdu

İdman | 12:30 • 8 Dekabr 2018
"Arsenal"da zədə şoku:

İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal" şok itkiylə üzləşib.

Unai Emerinin gəlişindən sonra əsas heyətdə yerini möhkəmlədən Rob Holdinqdən üzücü xəbər gəlib. Premyer Liqanın 15-ci turunda "Mançester Yunayted"lə səfər matçında zədələnən müdafiəçinin ön çarpaz bağlarının qopduğu məlum olub. 23 yaşlı futbolçu ən azı 9 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm 16 oyunda forma şansı qazanıb. Holdinq Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı 90 dəqiqə oynamışdı.

Xəbər lenti