Xəzər Xəbər

Qurban Qurbanov istefaya göndərilir?

İdman | 11:52 • 8 Dekabr 2018
Qurban Qurbanov istefaya göndərilir?

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək. İclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq.

İclasda millinin baş məşqçisi Qurban Qurbanovun istefaya göndəriləcəyi gözlənilir. Yeni baş məşqçinin adına gələn ilin əvvəllərində aydınlıq gələcəyi bildirilir.

Həmçinin 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqovun da istefa verəcəyi barədə məlumat var.

***

Son anda qərarın dəyişəcəyi ehtimalı da var.

Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarlar qəbul olunacağı gözlənilir.

Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Əldə etdiyimiz özəl məlumata görə, sabah təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədir. Bu, iclasdan öncə olan son qərardır.

Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq "Qarabağ”ın "sükanı arxası”na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək. (yeniçağ.az)

Xəbər lenti