Xəzər Xəbər

“Yuventus” klubu Aleks Sandro ilə yeni müqavilə imzalayıb

İdman | 11:59 • 7 Dekabr 2018
“Yuventus” klubu Aleks Sandro ilə yeni müqavilə imzalayıb

İtaliyanın "Yuventus” klubu futbolçu Aleks Sandro ilə yeni müqavilə bağlayıb.


AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu daha beş il "Yuventus”un şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb. Braziliyalı müdafiəçinin hazırda həftəlik məvacibi 110 min avrodur. Aleks İtaliyada Seria A-da ən yüksək məvacib alan futbolçulardan biridir.


A.Sandro Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted” klublarının maraq dairəsindədir.


Braziliyalı 2015-ci ildə Portuqaliyanın "Portu” klubundan 26 milyon avroya transfer olunub. O, Turin klubunun heyətində 132 oyunda 9 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti