Xəzər Xəbər

Azərbaycan millisi Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

İdman | 14:58 • 6 Dekabr 2018
Azərbaycan millisi Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.


Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Almaniya, Yunanıstan və Qazaxıstan komandaları ilə birgə doqquzuncu qrupda mübarizə aparacaq.


Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

Xəbər lenti