Xəzər Xəbər

“Qalatasaray” brazilyalı hücumçu alır

İdman | 15:53 • 5 Dekabr 2018
“Qalatasaray” brazilyalı hücumçu alır

"Qalatasaray” Moskva "Spartak”ınfutbolçusu Luiz Adrianonu transfer edir.

İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Brazilyalı futbolçu üçün "sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.

Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4 qol ötürməsi verib.


Xəbər lenti