Xəzər Xəbər

Türkiyə millisinin üzvü Belçikada klubunu dəyişir

İdman | 15:48 • 5 Dekabr 2018
Türkiyə millisinin üzvü Belçikada klubunu dəyişir

Türkiyə millisinin və Belçikanın "Antverpen" klubunun qolkiperi Sinan Bolat qışda klubunu dəyişməyə hazırlaşır.

Qış fasiləsində çempionatın lideri "Genk" 30 yaşlı qapıçını transfer etmək üçün danışıqlara başlayacaq. Sinan açıqlamasında sabiq klubuna qayıtmağa hazır olduğunu deyib.

Qeyd edək ki, Bolat"Antverpen"də 2017-ci ildən çıxış edir. Türkiyəli əlcək sahibi "Genk"də yetişib və peşəkar karyerasını bu klubda başlayıb.

Xəbər lenti