Xəzər Xəbər

Millətlər Liqası: kim hara gedir? - SİYAHI

İdman | 16:55 • 21 Noyabr 2018
Millətlər Liqası:

UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatıb.


55 komanda 4 Liqada sentyabr-noyabr aylarında mübarizə aparıb.


Reytinqə görə 12 ən güclü komnada A Liqasında mübarizə aparıb. Onlar hər birində 3 komanda olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri - Hollandiya, İsveçrə, Portuqaliya və İngiltərə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.


A Liqasında qrup sonuncusu olan Almaniya, İslandiya, Polşa və Xorvatiya B Liqasına yuvarlanıb. Əvəzində B Liqasında qrup qalibləri olan Ukrayna, İsveç, Bosniya və Hersoqovina və Danimarka A Liqasına yüksəlib. B Liqasında son pillələri tutan Slovakiya, Türkiyə, Şimali İrlandiya və İrlandiya C Liqasına düşüb.


D Liqasının qruplarında ilk pillələri tutan Şotlandiya, Finlandiya, Norveç və Serbiya B Liqasında mübarizə aparmaq hüququ qazanıb. Bu liqanın I qrupunda 3 komanda mübarizə apardığından D Liqasına düşən olmaıb. Əvəzində 3-cü yerləri tutan komandalar arasında ən pis nəticəcəni göstərən Cənubi Kipr aşağı liqaya yuvarlanıb. Qalan 3 qrupda 4-cü pillədə qərarlaşan Estoniya, Sloveniya və Litva da növbəti mövsüm D Liqasında mübarizə aparacaq.


D Liqasında Gürcüstan, Belarus, Kosovo və Makedoniya C Liqasına vəsiqə qazanıb. Bu liqanın III qrupunda mübarizə aparan Azərbaycan 2-ci pilləni tutub.


Qeyd edək ki, D liqasının qrup qaliblərinin "AVRO-2020"nin seçmə mərhələsini keçə bilməyəcəyi "play-off" mərhələsində yarışacaqlar. Millətlər Liqasının reqlamentinə görə seçmə mərhələni keçə bilməyən və öz liqasının qrupunda ən yaxşı nəticə göstərən komandalar Avropa çempionatına vəsiqə uğrunda daha bir şans qazanacaq.


Fanat.Az

Xəbər lenti