Xəzər Xəbər

PSJ superulduzlarını itirdi

İdman | 15:31 • 21 Noyabr 2018
PSJ superulduzlarını itirdi

Fransanın PSJ futbol klubunun iki superulduzu - Neymar və Kilian Mbappe zədələnib.

Hər iki futbolçu milli yığmanın oyununda ciddi zədə alıb.

Braziliyanın Kamerun ilə oynadığı yoldaşlıq matçının (1-0) ilk dəqiqələrində vurduğu zərbədən sonra qasıq bölgəsindən zədə alan Neymar ilkin tibbi müdaxiləyə rəğmən, oyuna davam etməyib. Neymar 8-ci dəqiqədə oyundan ayrılıb.

Mbappe isə Fransanın Uruqvay ilə qarşılaşdığı yoldaşlıq matçında (1-0) rəqibin qapıçısı ilə ikili mübarizədən sağ çiynindən zədə alaraq ayrılıb və 36-cı dəqiqədə meydançanı tərk edib.

Futbolçuların PSJ ilə 24 noyabrda Fransa liqasında "Tuluza”, 28 noyabrda isə UEFA Çempionlar Liqasında "Liverpul”la qarşı çıxış edib-etməyəcəyi sual altındadır.

Xəbər lenti