Xəzər Xəbər

UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupu ikinci pillədə başa vurub

İdman | 09:06 • 21 Noyabr 2018
UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupu ikinci pillədə başa vurub

Noyabrın 20-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, D liqasında 3-cü qrupunda yer alan millimiz səfərdə Kosovo yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev,

Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıblar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Oyunu fransalı hakimlər briqadası idarə ediblər.

Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.

Xəbər lenti