Xəzər Xəbər

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

İdman | 09:12 • 21 Noyabr 2018
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub -

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, qrup mərhələsinin son oyun günündə ümumilikdə yeddi görüş keçirilib. Bu nəticələrdə sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komanda müəyyənləşib.

A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya-Polşa matçında qalib müəyyənləşməyib – 1:1. Portuqaliya qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib, Polşa isə A liqasını tərk edib.

B Liqasının ikinci qrupunda İsveç yığması öz meydanında Rusiya millisini 2:0 hesabı ilə məğlub edərək qrupu birinci pillədə tamamlayıb.

C Liqasında isə üç oyun keçirilib. Birinci qrupda Şotlandiya millisi doğma meydanda İsrail futbolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Serbiya millisi dördüncü qrupu lider kimi tamamlayıb. Son turda Litvaya qalib gələn Serbiya Monteneqro və Rumıniya üçün əlçatmaz olub.

D Liqasının üçüncü qrupunda Malta ilə Farer adaları ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar. Bu qrupdan Kosovo millisi növbəti mərhələyə yüksəlib. Azərbaycan komandası isə ikinci yeri tutub.

Xəbər lenti