Xəzər Xəbər

İspaniya dünya çempionatına ev sahibliyi etmək istəyir Bir şərtlə...

İdman | 16:26 • 20 Noyabr 2018
İspaniya dünya çempionatına ev sahibliyi etmək istəyir

İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını Portuqaliya və Mərakeşlə birlikdə təşkil etməyi planlaşdırır.

Ölkənin baş naziri Pedro Sançes bunun üçün danışıqlara başlayıb.

O, hazırda Mərakeşin paytaxtı Rabatdadır. O, burada Mərakeş hökumətinin nümayəndələri ilə görüşüb. Sançesin Mərakeş Kralı VI Məhəmmədlə də görüşəcəyi gözlənilir.

İspaniya tərəfinin təklifinin müsbət qarşılandığı bildirilir.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı Qətərdə, 2026-cı mundialı isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq./publika.az

Xəbər lenti