Xəzər Xəbər

Fil Dişi Sahili millisinin sabiq üzvü "Qalatasaray"a keçə bilər

İdman | 14:04 • 20 Noyabr 2018
Fil Dişi Sahili millisinin sabiq üzvü "Qalatasaray"a keçə bilər

Hücumçu axtarışını davam etdirən "Qalatasaray” "Monako”dan ayrılan Lasina Traoreni transfer edir.

İstanbul təmsilçisi son mövsüm icarə əsasında Fransanın "Amiens” klubunda çıxış edən 28 yaşlı hücumçu ilə danışıqlar aparır.

Tərəflər razılığa gələrsə, hazırda klubsuz olan Fil Dişi Sahili millisinin sabiq üzvü üçün transfer məbləği ödənməyəcək.

Qeyd edək ki, L.Traore bu mövsüm Fransa klubunda ümumilikdə 18 oyun keçirib və 3 qol ötürməsi verib.

Xəbər lenti

Çox oxunanlar