Xəzər Xəbər

Kosovo-Azərbaycan oyununun hakimləri açıqlanıb

İdman | 11:12 • 18 Noyabr 2018
Kosovo-Azərbaycan oyununun hakimləri açıqlanıb

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. Trend-in məlumatına görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək.


Matçın baş hakimi Benua Millo olacaq. Ona Mehdi Rahmuni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyder və Karim Abed olacaq.


Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti