Xəzər Xəbər

Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

İdman | 09:06 • 18 Noyabr 2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Noyabrın 17-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.


Xezerxeber.az xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə qalib gəlib.


Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin oyunun 66-cı dəqiqəsində Tural Bayramov bərabərlik, 70-ci dəqiqəsində isə Zahid Mərdanov qələbə topunu vurub.


Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla məğlub edib.


U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.


Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan yığmaları isə hərəyə 3 xalla sonrakı 2 yeri tuturlar. Sonuncu pillədə isə aktivində xalı olmayan Lixtenşteyn komandası qərarlaşıb.

Xəbər lenti