Xəzər Xəbər

"Mançester Yunayted" transfer rekordunu qırır

İdman | 16:09 • 17 Noyabr 2018
"Mançester Yunayted" transfer rekordunu qırır

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "İnter"dən Milan Skriniarın transferindən vaz keçmir.


"Qırmızı-şeytalar" yayda 23 yaşlı mərkəz müdafiəçisi üçün 53 milyon funt-sterlinq (təxminən 59,6 milyon avro) təklif etmiş, amma rədd cavabı almışdı. Mourinyo qışda slovakiyalı futbolçu üçün daha böyük məbləğin ödənilməsini tələb edir.


İngiltərə mediasının məlumatına görə, "Mançester Yunayted" qışda Milan Skriniarı heyətinə qataraq ən bahalı müdafiəçi transferini reallaşdıra bilər. Hazırda rekord "Liverpul"un müdafiəçisi Virgil van Diykə məxsusdu. "Qırmızılar" bu futbolçunun alınmasına 75 milyon funtsterlinq (hazırkı məzənnə ilə 84,3 milyon avro) xərcləyib. "Qırmız-şeytanlar"ın Milan Skriniar üçün daha böyük məbləğ ödəmək niyyətində olduğu deyilir.


Qeyd edək ki, Milan Skriniar "İnter"ə 2017-ci ilin yayında "Sampdoriya"dan 34 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu müdafiəçi cari mövsümdə 14 rəsmi oyun keçirib.


Fanat.Az

Xəbər lenti