Xəzər Xəbər

Türkiyə klubuna TRANSFER QADAĞASI

İdman | 13:56 • 16 Noyabr 2018
Türkiyə klubuna

Türkiyənin "Kayserispor” klubuna FİFA tərəfindən transfer qadağası qoyulub.

Bunu klubun prezidentinin vəkili Naci Bedir açıqlayıb.

Külli miqdarda borcu olan "sarı-qırmızılılar” qış transfer dönəmində heyətinə oyunçu qata bilməyəcək. Superliqanın aşağı pillələrində qərarlaşan "Kayserispor”un zədəli və cəzalılarının sayının çoxluğu komandanı çətin duruma salıb. Cəzanın səbəbi isə keçmiş futbolçu Adnan Tiqaduiniyə olan 150 min avroluq ödənişin vaxtında edilməməsidi.

Qeyd edək ki, Adnan Tiqaduini 2015-ci ildə "Malaqa”dan icarəyə götürülmüş və "Kayserispor”un heyətində 7 oyunda iştirak etmişdi./publika.az

Xəbər lenti