Xəzər Xəbər

UEFA-dan PSJ-yə ŞOK CƏZA - ÇL-dən qovulacaq, Neymar və Mbappe isə...

İdman | 13:38 • 16 Noyabr 2018
UEFA-dan PSJ-yə ŞOK CƏZA -

UEFA Fransanın "Paris Sen-Jermen” komandasını Çempionlar Liqasından kənarlaşdıra bilər.

Buna səbəb klubun "Finansal Fair Play” qaydalarını pozması və qanunsuzluqlar etməsidir.

"Futbol sızıntıları” (Football Leaks) adlı qanunsuzluq hesabatlarının ortaya çıxmasından UEFA PSJ-nin şübhələndiyi sponsorluq razılaşmalarını yenidən analiz etməyə başlayıb. Bununla birlikdə, ulduz futbolçular Neymar və Mbappe transferlərinin də yenidən araşdırılacağı bildirilib.

PSJ UEFA-nın "Finansal Fair Play” qaydalarına uyğunlaşması üçün əlindəki ulduzlardan birini satmaq məcburiyyətindədir./publika.az

Xəbər lenti