Xəzər Xəbər

"Real" İtaliyada oynayan ispanı istəyir

İdman | 15:50 • 15 Noyabr 2018
"Real" İtaliyada oynayan ispanı istəyir

"Milan”ın yarımmüdafiəçisi Suso karyerasını vətənində - İspaniyada davam etdirə bilər.

İtaliya mətbuatı xəbər verir ki, "Real” orta xətt oyunçusunu heyətinə qatmaq istəyindədi.

Suso özü də "Real”a keçmək variantını gizlətməyib: "Özümü "Milan”ın vacib futbolçusu sayıram. Hər kəs varlığımdan məmnundu, baş məşqçi ilə də xoş münasibətim var. Özümü rahat hiss edirəm. Ancaq hər zaman ölkəmdə yaxşı işlər görmək arzusuyla yaşdığımı da söyləməliyəm. Dünyanın ən güclü klubu sizə maraq göstərirsə, qürurlanmağa dəyər. Belədirsə, deməli, doğru yoldasız”.

Susonun "Milan”la müqaviləsində xüsusi bənd var: futbolçu 2019-cu il 15 iyul tarixinə qədər xarici klublardan birinə keçə bilər.Onu istəyən klub isə "Milan”a 38 milyon avro verməlidi.

Qeyd edək ki, İspaniya millisinin üzvü "Çelsi”nin də diqqət mərkəzindədi.

Fanat.Az

Xəbər lenti