Xəzər Xəbər

Cüneyt Çakıra mühüm təyinat

İdman | 15:30 • 15 Noyabr 2018
Cüneyt Çakıra mühüm təyinat
Xəbər verdiyimiz kimi, UEFA İtaliya və ABŞ yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununda VAR sistemindən istifadə edəcək. 


Bu matç türkiyəli hakim Cüneyt Çakıra həvalə olunub. 

 

Ona yan xətt hakimləri - Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.


Qeyd edək ki, UEFA İtaliya - ABŞ matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. Qarşılaşmanın VAR hakimləri Halis Özkahya və Barış Şimşek olacaq.

Xəbər lenti