Xəzər Xəbər

Zlatan İbrahimoviçin yeni klubu açıqlandı

İdman | 15:26 • 15 Noyabr 2018
Zlatan İbrahimoviçin yeni klubu açıqlandı
Zlatana İbrahimoviçin Avropaya dönüşü reallaşır.


"Sky İtalia" xəbər verir ki, "Los Anceles Qalaksi"də çıxış edən isveçli ulduz "Milan"la anlaşıb. İbrahimoviç İtaliya klubu ilə 1,5 illik müqavilə imzalayacaq və ildə 4 milyon avro maaş alacaq.


Qeyd edək ki, 37 yaşlı futbolçu "Los Anceles Qalaksi"də 34 oyun keçirərək 24 qol vurub və 7 məhsuldar ötürmə edib. Zlatan 2011-2012-ci illərdə "Milan"da çıxış edib.


Fanat.Az

Xəbər lenti