Xəzər Xəbər

Azərbaycan–Farer adaları oyununu idarə edəcək hakimlər müəyyənləşib

İdman | 16:27 • 14 Noyabr 2018
Azərbaycan–Farer adaları oyununu idarə edəcək hakimlər müəyyənləşib

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–Farer adaları oyununu idarə edəcək hakimlər müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək.


Matçın baş hakimi Dimitrios Masias olacaq. Ona həmyerliləri Marios Kalogerou və Ioannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirəcək.


Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudl olacaq.


Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.

Xəbər lenti