Xəzər Xəbər

Azərbaycan Kubokunun püşkü atıldı

İdman | 15:35 • 14 Noyabr 2018
Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün Azərbaycan kubokunda 2018/19 il mövsümünün püşkatma mərasimi keçirilib.


XəzərXəbər xəbər verir ki, 12 komandanın mübarizə aparacağı turnirdə Premyer Liqanın 8 klubu ilə yanaşı, birinci divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu” iştirak edəcək. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.


Azərbaycan kuboku

6 dekabr


1/8 final

1. "Sumqayıt” - "Qaradağ Lökbatan”

2. "Keşlə” - "Şüvəlan”

3. "Kəpəz” - "Səbail”

4. "Ağsu” - "Sabah”


1/4 final

15-16/19-20 dekabr

5. 2-ci cütün qalibi – "Qarabağ”

6. 4-cü cütün qalibi – "Qəbələ”

7. 1-ci cütün qalibi – "Neftçi”

8. 3-cü cütün qalibi – "Zirə”


1/2 final

23 aprel/1 may

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi


Final

19 may

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Xəbər lenti