Xəzər Xəbər

Pike Dembele haqda: Hamımız səhv etmişik

İdman | 15:54 • 13 Noyabr 2018
Pike Dembele haqda:

"Barselona"nın futbolçusu Jerar Pike, La Liqanın 12-ci turunda "Betis"ə 3:4 hesabıyla məğlub olduqları oyunun iştirak ərizəsinə daxil edilməyən Osman Dembele haqda fikirlərini bildirib.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, Pike İspaniya mətbuatına açıqlamasında Dembelenin heyətə düşməməsinin səbəbini deyib:

"Dembelenin kənarda qalması lazım idi. Hamımız ona kömək etməliyik. Gənc və güclü istedada malik futbolçudur. Ernesto Valverdenin onu heyətə daxil etməməsinə səbəb meydandan kənarda etdikləridir.

Hamımız gənc olmuşuq və səhvlər etmişik. Futbol 24 saat oynanılan bir oyundur. Yaşamaq və nəfəs almaq məcburiyyətindəyik. Dembelenin bunları başa düşəcəyinə şübhəm yoxdur".

Dembele cari mövsümdə "Barsa" formasıyla 15 matçda iştirak edib. Fransız futbolçu bu oyunlarda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər lenti