Xəzər Xəbər

Əfran İsmayılov milliyə qayıtmasından danışdı

İdman | 15:33 • 13 Noyabr 2018
Əfran İsmayılov milliyə qayıtmasından danışdı

"Sumqayıt" klubunun futbolçusuƏfran İsmayılovyığmaya çağırılmasından danışıb.

XəzərXəbər xəbər verir ki, o, oxu.az-a açıqlamasında millidən belə bir dəvətin gələcəyini gözlədiyini bildirib:

"Millidən dəvət gözləyirdim. Sevindirici haldır ki, yenidən milli komandaya çağırıldım. Mən də millidə maksimum çalışacağam ki, komandaya kömək edim.

Bizi ağır oyunlar gözləyir. İlk növbədə, Farer Adaları ilə oyunları düşünürük. Bildiyiniz kimi, bu komanda Kosovodan xal ala bilib. Baxmayaraq, orda onları 3:0 məğlub etdik, ancaq biz onların necə çətin rəqib olduqlarını gördük.

Bu matçda qalib gəlib Kosovoya yaxşı əhval-ruhiyyədə getməyə çalışacağıq. Bilirik ki, bu matçlar milli üçün həlledicidir. Ona görə də son gücümüzü də meydanda qoymağa hazırıq".

Qeyd edək ki, Əfran İsmayılov sonuncu dəfə milliyə 2018-ci ilin yanvarında çağırılıb. O, Antalya təlim-məşq toplanışı zamanı Moldova millisi ilə yoldaşlıq görüşündə meydanda olub.

Xəbər lenti