Xəzər Xəbər

"Beşiktaş"da böyük böhran Komandanın uduzma səbəbi açıqlandı

İdman | 14:05 • 13 Noyabr 2018
"Beşiktaş"da böyük böhran

Superliqanın son 8 matçında sadəcə 1 qalibiyyət əldə edən "Beşiktaş” komandasında gərginliyin səbəbi açıqlanıb.

Klubda maliyyə sıxıntıları pik həddə çatıb.

Komandanın yerli futbolçuları 4 aydır maaş ala bilmir, xarici futbolçuların ödənişləri isə nizamsız şəkildə edilir.

Maliyyə çatışmazlığı artıq meydançada öz əks təsirini göstərir. Son oyunda turnir cədvəlinin sonlarında yer alan və baş məşqçisi olmayan "Sivasspor"a uduzmaq bu gərginliyin ən bariz nümunəsidir. Baş məşqçi Şenol Günəş isə futbolçuları motivasiya etməkdə çətinlik çəkir. Xarici oyunçuların maaşlarının verilərkən yerlilərin gözlədilməsi komanda daxilində psixoloji gərginliyi artırır.

"Beşiktaş”ın forvard mövzusundakı sıxıntısı gərginliyi tribunalara da yayır. Təcili şəkildə təcrübəli futbolçu almaq məcburiyyətində qalan komandada satılacaq ilk futbolçu illik 5 milyon avro qazanan Pepedir.

Son matçlarda tribunadan kəskin reaksiya alan idarəetmə heyəti və klubun prezidenti Fikret Orman 2019-cu ilin may ayında keçiriləcək seçkilərdə qalib gələ bilmək üçün azarkeşlərin dəstəyini qazanmalıdır. Buna görə də klub yanvar ayında keyfiyyətli bir oyunçu almaq və iqtisadi anlamda fədakarlıq etməyə hazırlaşır.

Xəbər lenti