Xəzər Xəbər

"Real Madrid"in yeni baş məşqçisi o olacaq

İdman | 12:52 • 13 Noyabr 2018
"Real Madrid"in yeni baş məşqçisi o olacaq

İspaniyanın "Real Madrid” komandasının yeni baş məşqçisi məlum olub.

Klub baş məşqçi Santiyaqo Solari ilə yollarına davam etmək qərarı verib.

Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Yulen Lopeteqinin vəzifəsinə son verdikdən sonra komandanı 42 yaşlı Santiyaqo Solariyə tapşıran "Kral Klubu” argentinalı mütəxəssislə müqavilə imzalayacaq. Müqavilə müddəti 2020-ci ilə qədər olacaq.

Qeyd edək ki, "Real Madrid” Solarinin posta gəlməsindən sonra çıxdığı 4 matçda 4 qalibiyyət əldə edib. "Real" bu matçlarda 15 qol vurub və 2 qol buraxıb. Bu nəticə də "Real Madrid" tarixində əldə edilən ən yaxşı baş məşqçi nəticəsidir.

Xatırladaq ki, Santiyaqo Solari 1999–2004-cü illərdə Argentina millisinin şərəfini qoruyub. Bundan başqa, "Atletiko Madrid”, "Real Madrid”, "İnter” kimi komandalarda forma geyinib.

2013-cü ildən bəri müxtəlif dövrlərdə "Real Madrid”in gənclər və B komandalarına baş məşqçilik edib.

Xəbər lenti