Xəzər Xəbər

"Fənərbaxça" dünya miqyasında İLKƏ imza atdı

İdman | 15:57 • 12 Noyabr 2018
"Fənərbaxça" dünya miqyasında İLKƏ imza atdı

Türkiyənin "Fənərbaxça” klubu dünya miqyasında bir ilkə imza atıb.

"Sarı-lacivərdlilər” gender bərabərliyinə diqqət çəkən "HeForShe” kampaniyasına pulsuz dəstək olub.

Superliqanın 12-ci həftəsində "Alanyaspor”u qəbul edən komandanın futboçuları meydana "HeForShe” pankartı ilə çıxıb.

Onların formalarındakı nömrələr və adların yazılmasında xüsusi rəngdən istifadə edilib. Formalarnın qolunda reklam üçün ayrılmış yerdə isə "HeForShe” yazısı vurulub.

Beləliklə, "Fənərbaxça” bu dünya kampaniyasına pulsuz dəstək verən ilk klub olub.

Xəbər lenti