Xəzər Xəbər

"Sumqayıt" Nazim Süleymanovla yolları ayırdı

İdman | 14:51 • 12 Noyabr 2018
"Sumqayıt" Nazim Süleymanovla yolları ayırdı

"Sumqayıt" baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb.

XəzərXəbər xəbər verir ki, təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim etmişdir.

Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.

Xəbər lenti