Xəzər Xəbər

Danışmaq üçün 375 min, susmaq üçün 2,5 milyon avro Neymarın müqaviləsinin ŞOK DETALLARI

İdman | 13:33 • 11 Noyabr 2018
Danışmaq üçün 375 min, susmaq üçün 2,5 milyon avro
Məşhur futbolçu Neymarın oynadığı oyunla yanaşı, reportaj vermək, yaxud tərəfdarlarını salamlamaq üçün də ödəniş aldığı ortaya çıxıb.

Neymarın PSJ ilə bağladığı müqavilədə yaşıl meydanlarda göstərdiyi oyundan başqa digər hərəkətlərinə görə də ödəmələr alır.

Danışmaq üçün 375 min avro

Neymar oyun öncəsi və sonrası tribunalara gedərək tərəfdarlarını salamlaması üçün 375 min avro alır. Müqaviləyə görə, Neymar "Əl Cəzirə” media qrupun bütün reportaj istəklərinə də müsbət cavab verməlidir.

Susmaq üçün 2,5 milyon avro

Neymar klubun rəhbərliyi və baş məşqçisinin qərarlarını mediada tənqid etməməyə görə 2,5 milyon avro əlavə ödəniş alır./publika.az

Xəbər lenti