Xəzər Xəbər

Yurgen Klopp: UEFA “Mançester Siti”ni cəzalandırmalıdır

İdman | 19:01 • 10 Noyabr 2018
Yurgen Klopp: UEFA “Mançester Siti”ni cəzalandırmalıdır

"Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp UEFA-nı maliyyə "Fair play” qaydalarını pozduğuna görə "Manchester Siti” klubunu cəzalandırmağa çağırıb.


Xezerxeber.az xəbər verir ki, baş məşqçi bu barədə deyib: "Hesab edirəm ki, maliyyə "Fair play”i ədalətin qorunması üçün yaxşı vasitədir. Çünki qaydalar onunla müəyyən olunur. Əgər bütün prosedurlar qaydasındadırsa, o zaman klubların heç nədən qorxusu olmayacaq. Bilirəm ki, bu, "Pari Sen-Jermen” və "Mançester Siti” klublarına aiddir. Əgər bu klublar qaydaları pozublarsa, UEFA problemi həll etməlidir”.

Xəbər lenti