Xəzər Xəbər

“Mançester Siti” klubu Rəhim Sterlinq ilə yeni müqavilə imzalayıb

İdman | 12:37 • 10 Noyabr 2018
“Mançester Siti” klubu Rəhim Sterlinq ilə yeni müqavilə imzalayıb

İngiltərənin "Mançester Siti” klubu futbolçu Rəhim Sterlinq ilə yeni müqavilə bağlayıb.


Xezerxeber.az xəbər verir ki, 23 yaşlı futbolçu daha beş il "Mançester Siti”nin şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini də açıqlayıb. Yamayka əsilli ingilis futbolçu klubda həftəlik 300 min avro qazanacaq. Sterlinq İngiltərə Premyer Liqasının ən yüksək məvacib olan ingilis futbolçusdur.


"Mən bu klubda çox xoşbəxtəm. Artıq illərdir burdayam, "Mançester Siti”nın formasını geyinirəm və bununla qürur duyuram. Komandanın baş məşqçisi Pep Qvardioladan razıyam. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə Rəhim bildirib.


Qeyd edək, Sterlinq "şəhərlilər”ə 2015-ci ildə "Liverpul” klubundan transfer olunub. O, "Liverpul” klubunda 139 oyunda meydana start heyətdə çıxıb və 53 dəfə meydanı fərqlənərək tərk edib. "Mançester Siti” klubunda isə 154 rəsmi oyunda iştirak edən gənc futbolçu 51 dəfə fərqlənib və 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti