Xəzər Xəbər

Almaniyanın ən titullu klubunda XAOS Futbolçular baş məşqçidən narazıdırlar

İdman | 20:44 • 6 Noyabr 2018
Almaniyanın ən titullu klubunda XAOS

"Bavariya"nın bir neçə futbolçusu komandanın baş məşqçisi Niko Kovaçın iş üsullarından narazılığını bildirərək ona qarşı çıxıblar.

Almaniya mətbuatı xəbər verir ki, Münhen təmsilçisinin aparıcı üzvləri Aryen Robben, Frank Riberi, Mats Hummels və Tomas Müller 48 yaşlı xorvatiyalı mütəxəssisin məşqçilik təcrübəsinin olmamasını əsas gətirərək onun tələblərinə ciddi yanaşmırlar.

Qeyd edək ki, Niko Kovaç mövsümün əvvəlindən "Bavariya"ya rəhbərlik edir. O, bu postda Yupp Haynkesi əvəzləyib.

Xəbər lenti